Aşağı Ləyər kənd sakini başına balta ilə bir neçə zərbə endirib
Bu gün Qusar rayonunda intihara cəhd hadisəsi qeydə alınıb. APA-nın şimal bürosunun verdiyi məlumata görə, 1960-cı il təvəllüdlü Qusar rayon Aşağı Ləyər kənd sakini, 1960-cı il təvəllüdlü Şərifov Qiyasəddin İlyas oğlu yaşadığı evdə başına balta ilə bir neçə zərbə endirib. Onun psixi vəziyyətinin normal olmadığı bildirilir. Faktla bağlı Qusar rayon Prokurorluğunda araşdırma aparılır.