Qusarda ağır qəza: ata və oğul dünyasını dəyişdi

Qusarda ağır qəza: ata və oğul dünyasını dəyişdi
Bütün Xəbərlər
14:47 28.06.2013
1337

Bu gün saat 13:30 radələrində Qusar rayonunun Qalacıq kəndi ərazisindən keçən hissəsində baş verən qəza nəticəsində 2 nəfər dünyasını dəyişib, 3 nəfər yaralanıb. 

Regional TV-nin verdiyi məlumata görə, Qusar-Xudat yolunda ağır yol nəqliyyat hadisəsi baş verib. Yolun Qusar rayonunun Qalacıq kəndi ərazisindən keçən hissəsində “VAZ 2106” markalı avtomobillə “Ford” markalı yük maşınının toqquşması nəticəsində 2 nəfər dünyasını dəyişib, 3 nəfər yaralanıb.

Hadisə şahidlərinin RTV-yə verdikləri məlumata görə, dünyasını dəyişənlər “VAZ 2106”-da olan ata və oğuldur.

OXŞAR XƏBƏRLƏR