Qusarda dəhşət: “Mercedes” ikiyə bölündü, 2 ölü

Bütün Xəbərlər
18:08 28.11.2010
2037

 

Noyabrın 28-də saat 20 radələrində Qusar rayonunun Ləgərqışlaq kəndi ərazisində ağır yol nəqliyyat hadisəsi baş verib. “Mercedes 320” markalı 10 LS 320 dövlət nömrə nişanlı avtomaşın Xudatdan Qusar istiqamətində hərəkət edərkən yoldan çıxaraq, ağaca çırpılıb. Nəticədə avtomaşın iki hissəyə bölünüb.

İlkin məlumatlara görə, hadisə nəticəsində 2 nəfər dünyasını dəyişib. Onlardan birinin cəsədi avtomaşında qalıb. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hazırda meyiti maşından çıxarmağa çalışırlar.

Bir nəfərin meyiti isə Xudat Mərkəzi Xəstəxanasına gətirilib.

mənbə: lent.az

OXŞAR XƏBƏRLƏR