Qusarda 8 otaqlı ev yanıb.
Bu barədə AZXEBER.COM-a FHN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, rayonunun Quxuroba kəndində ümumi sahəsi 300 m² (hər mərtəbəsi 150 m²) olan ikimərtəbəli 8 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.