Qusarda törədilən qətlin təfərrüatları məlum olub

Qusarda törədilən qətlin təfərrüatları məlum olub
Bütün Xəbərlər
08:40 28.05.2012
1337
Ötən gün səhər saatalarında Qusar rayonunda meyiti tapılan Teymur Həsənbəy oğlu Rəşidovun qətlinin təfərrüatları məlum olub. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, Qusar polisnin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Rəşidovun qonşusu 37 yaşlı Gülbala Abduloviç Muradov şübhəli şəxs qisminmdə saxlanılıb.Qusar rayon prokurorluğunun müstəntiqi Azad Əliyev verdiyi məlumatda Teymur Rəşidovun belində, kürəyində, boynunda və qarnında olmaqla bədəninin müxtəlif yerində 40 bıçaq zərbəsi və zorakılıq əlamətləri aşkarlandığını deyib.Ata Həsənbəy Rəşisovun verdiyi məlumata görə, 3 qız atası olan oğlu Teymur “Şahdağ” turizm mərkəzində fəhlə işləyirmiş və 26 may tarixdə evə gəlməyib. Səhər isə oğlunun meyitinin tapılması barədə məlumat alıblar.Faktla bağlı Cinayət məcəlləsinin 120.1 (Qəsdən adam öldürmək) və 228.4 (soyuq silahdan istifadə) maddələri ilə cinayət işi açılıb.
OXŞAR XƏBƏRLƏR