İngiltərənin "Mançester Siti" klubunun baş məşqçisi Xosep Qvardiola bəzi futbolçuların komandadan ayrılmasını istəyir.
54 yaşlı mütəxəssis beş məşhur oyunçunun komandada qalmağı haqq etmədiyini düşünür.
O, ölkə çempionunun həmin şəxslərlə vidalaşmasına hazırdır.
Bunlar Kevin De Bruyne, İlkay Gündoğan, Bernardu Silva, Fil Foden və qapıçı Edersondur.
Qeyd edək ki, "Mançester Siti" Çempionlar Liqasının pley-off mərhələsinin hər iki oyununda İspaniya təmsilçisi "Real"a uduzub - 2:3, 1:3.