Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Qvineya tərəfinin dəvəti əsasında Konakri şəhərində səfərdə olub.
AZXEBER.COM xəbər verir ki, səfər cari ilin mart ayında imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Qvineya Respublikası Hökuməti arasında Qvineya Respublikasında "ASAN xidmət” modelinin tətbiqi ilə bağlı əməkdaşlığa dair Saziş”in implementasiyası çərşivəsində həyata keçirilib.
Məqsəd Qvineyada "ASAN xidmət” modeli əsasında dövlət xidmətləri mərkəzlərinin yaradılması istiqamətində institusional və hüquqi imkanların müəyyən edilməsi, habelə dövlət xidmətlərinin göstərilməsi sahəsində mövcud vəziyyətin ilkin qiymətləndirilməsi olub.











































