Rövnəq Abdullayev: “İlin sonunadək Azərbaycan qazının Türkiyə ilə tranzitinə dair müqavilə imzalanacaq”

Bütün Xəbərlər
13:45 16.03.2011
1452

 

Yatağın işlənməsinin birinci mərhələsi çərçivəsində hasilatın ən yüksək həddi 9 milyard kubmetr qaz və 50 min barel kondensat səviyyəsində proqnozlaşdırılır. Proqnozlara görə, yatağın işlənməsinin ikinci mərhələsi çərçivəsində qaz hasilatı həcmini ildə daha 24 milyard kubmetrədək çatdırmaq mümkün olacaq. “Şahdəniz” yatağının ehtiyatları 1,2 trilyon kubmetr qiymətləndirilir.

 

"Şahdəniz" yatağı üzrə müqavilə 1996-cı il iyunun 4-də imzalanıb. Müqavilə iştirakçıları bunlardır: BP (operator) - 25,5%, Statoil - 25,5%, NICO - 10%, Total - 10%, LukAgip - 10%, TPAO - 9%, ARDNŞ - 10%.

 

2010-cu ildə Azərbaycanın “Şahdəniz” qaz-kondensat yatağından 6,9 milyard kubmetrə yaxın qaz və 1,9 milyon ton (14,7 milyon barel) kondensat hasil olunub. Ötən il yataqda orta sutkalıq hasilat 19 milyon kubmetr qaz və 40,2 min barel kondensat təşkil edib.

2009-cu ildə “Şahdəniz” yatağından qaz hasilatı 6,2 milyard kubmetr qaz (orta hesabla sutkada 16,9 milyon kubmetr) və 1,7 milyon ton kondensat təşkil edib.

 

OXŞAR XƏBƏRLƏR