Röya gedir

Röya gedir
ŞOU-BİZNES
13:42 08.08.2011
2109
Son vaxtlar yaradıcılığındakı yenilikləri qardaş Türkiyədə gerçəkləşdirməyi qarşısına məqsəd qoyan müğənni bu saatlarda Bakı-İstanbul təyyarə reysi ilə İstanbula yola düşəcək.

Trend-ə danışan Röya Ayxanın prodüseri Kənan Bayramov görüləcək işlərin çox olduğunu gizlətmədi: "Solğun günlər" mahnısına tanınmış türkiyəli rejissor Yüksəl klip çəkdi və hazırda montaj prosessi gedir. İndi isə məqsədimiz "Sən və mən" adlı mahnını ekranlaşdırmaqdır. Bütün bunlarla yanaşı, yeni albomun eskizini də hazırlamışıq. Ümid edirik ki, təkliflərimizə müsbət cavab veriləcək. Türkiyənin səsyazma studiyalarının birində Röyanın yeni albomunu yüksək səviyyədə hazırlada biləcəyik".

OXŞAR XƏBƏRLƏR