Növbəti dəfə ana olmağa hazırlaşan müğənni Röya Ayxan körpəsini itirib. Müğənniyə yaxın mənbələrdən daxil olan məlumata görə, təxminən üç həftə əvvəl sevilən ifaçının hamiləliyi pozulub.
Qeyd edək ki, müğənni dünən Azərbaycan telekanallarından birinə müsahibəsi zamanı kifayət qədər arıq görünüb və hamiləliyi barədə heç nə danışmayıb. Röya efir vasitəsilə sadəcə onu deyib ki, son günlər pəhriz saxlayaraq arıqlayıb.
“Özümü yeməkdən saxladım və arıqladım. Nəyə görə ərim başqalalarına baxmalıdır. Qoy elə mən qəşəng olum mənə baxsın”, deyə müğənni zarafat da edib.
Məsələ ilə bağlı müğənninin köməkçisi Kənan açıqlamasında Röyanın hamiləliyinin normal keçdiyini və hər şeyin qaydasında olduğunu bildirdi.
Qeyd edək ki, Röyanın hamilə olması barədə ilk xəbər ötən ilin dekabr ayında yayılmışdı. Həmin vaxt müğənninin artıq iki aylıq hamilə olduğu söylənmişdi.
Xatırladaq ki, müğənni Röyanın artıq Hüseyn adlı bir oğlu var. Populyar sənətçi bəstəkar Nadir Əzimovla məhkəməyə çəkişməsində olanda, stressdən 4 həftəlik körpəsini itirdiyini bəyan etmişdi.
//ANS Press