Röya: "Zamiq otağa girsə..."

ŞOU-BİZNES
10:53 08.01.2011
2216

Bu küsülülük yayda “Doğma Diyar” layihəsi dövründə yaşanıb. Bu barədə müğənni Röya özü etiraf edib: “Zamiqlə konsert turnesi zamanı küsmüşük. Otağa girib salam alıb salam verməmişəm. Dedim ki, Zamiq bu otağa girsə, səhnəyə çıxmayacağam”

Röya həmin anı xatırlamağa çalışıb: “Qoy yadıma salım, görüm nəyə görə küsmüşdük… Hə, yadıma düşdü… Mən gözləməyə nifrət edirəm. Bunlar isə səhlənkardırlar. Gedib toyda 3 saat oturmuşam ki, Zamiq gələcək, onunla duet oxuyacam. Bu da maşında oturub 3 saat güzgüdə özünə baxırmış. Ona görə də dalaşıb getdim…” Hazırda sənətçilər arasında münasibət əvvəlki qaydada, dostluq şəraitində davam edir./lent.az

OXŞAR XƏBƏRLƏR