Hal-hazırda hamiləliyinin ilk aylarını yaşayan Röya konsertə ciddi hazırlaşdığını və artıq repertuar seçiminin yekunlaşdığını bildirib. Bundan başqa, müğənni onu da əlavə edib ki, ilk dəfə olaraq konsert onlayn yayımlanacaq. Belə ki, “Təkcə səni” adlanan konserti həm canlı efir, həm də internet vasitəsilə onlayn şəkildə izləmək mümkün olacaq.// milli.az











































