Rəşad Sadıqov başına gələnləri danışdı

Rəşad Sadıqov başına gələnləri danışdı
İDMAN
13:10 16.02.2011
2489

“Əskişəhərspor”la Azərbaycanda “transfer pəncərəsi”nin bağlanmasının son günündə yollarını ayıran 29 yaşlı müdafiəçi bu gün keçirdiyi mətbuat konfransında başına gələnlərdən danışıb: “Bu komandaya keçidimlə bağlı sabiq baş məşqçi Rza Çalımbayla bir neçə dəfə telefon danışığımız oldu. O, mərkəz müdafiəçisinə ehtiyacı böyük olduğundan, məni sərəncamında görməkdə israr edirdi. Ancaq Çalımbay məni bir görüşdə belə oynatmadı. Bunun niyə belə olduğunu hələ də anlaya bilmirəm. Həmişə demişəm ki, Azərbaycan futbolunun inkişafı üçün nə qədər çox legionerlərimiz olsa, bir o qədər yaxşıdır. Bu sözlərimi təkzib etmirəm. Bu mənada geri qayıtmağımız futbolumuz üçün daha çox mənfi haldır”.

Bülənt Uyğunun gəlişindən sonra “Əskişəhərspor”da 5 oyun keçirən Rəşad elə onun vaxtında gedəsi oldu. Sadıqovun sözlərinə görə, Türkiyədə olduğu müddətdə “Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl ona dönüşünün təklif etsə də, qərar verməkdə tələsməyib: “Ümid edirdim ki, “Qalatasaray”a 2:4 hesablı məğlubiyyətdən sonra Uyğun mənə şans verəcək. Ancaq baş məşqçimlə son söhbətim qərarıma təsir etdi. Uyğunun sözündən belə çıxdı ki, cari mövsümdə heç bir məqsədləri yoxdur, yayda 2 mərkəz müdafiəçisi alacaq, mövqeyimdə oynayan Nadareviçin də qalacağı dəqiq deyil. Mən də qalan görüşlərdə bəlkə kimsə zədələnsə, yaxud cəzalansa oynadım. Mövqeyim elədir ki, orada adətən tez-tez dəyişiklik olmur. Klub prezidenti məni buraxmaq istəmirdi. Ancaq Uyğunun gedişimə asanlıqla razılıq verməsi mənim üçün gözlənilməz oldu və açığı, pisimə gəldi”.

Bundan sonra “Əskişəhərspor”da qalmamağı qətiləşdirən Sadıqov oyun praktikasının vacibliyindən danışıb: “Qış fasiləsindəki yoxlama matçlarında ən çox mən oynasam da, rəsmi görüşlərdən kənarda qaldım. Tərslikdən indiyə kimi Türkiyədə oynadığım klublarda zədə aldıqdan sonra ehtiyatda qalan futbolçular əvəzimə oynayaraq, möhkəmlənirlər. “Əskişəhərspor”da mövqeyimdə oynayan Dieqo İtaliya təcrübəsi olan güclü müdafiəçidir. Ancaq Nadareviçdən özümü zəif saymıram. Sadəcə, məndən hündür olduğundan, “ikinci mərtəbə”də üstün idi. Bu mənada fiziki hazırlıq yox, fiziki göstəricilərlə bağlı problemim olub. Oyun praktikası korluq çəkməyim yığmada özünü göstərəcəkdir. Macarıstan yığması ilə yoldaşlıq görüşündə özümü tanıya bilmədim”.

Rəşad “Qarabağ”a dönmək üçün “Əskişəhərspor”a pul ödəməli olub: “Onların sentyabrından mənə verəcəkləri vardı. Bunu 1 həftə öncə almışdım. Həmin pulu alıb, məni buraxdılar. Əvvəl böyük məbləğ dedilər, sonradan ortaq məxrəcə gəldik. Türkiyədə məşqçilər mənə adını açıqlamaq istəmədiyim 2 kluba keçmək variantının olduğunu dedilər. Ancaq “transfer pəncərəsi” bağlandığından, gec idi. Uyğun dedim ki, bilsəydim, məni oynatmayacaqsan, vaxtında alternativləri axtarardım. İndi belə çıxır ki, orada möhkəmlənə bilməyərək, vətənə döndüm. Uyğunla şəxsi problemim olmayıb, güclü mütəxəssisdir. Onu indiyə kimi işlədiyim məşqçilərdən ən yaxşılardan sayıram. Uyğun gələcəkdə Azərbaycanda məşqçilik etmək istəyir. Hansısa klubumuz çalışdırsa, buna sevinərəm”.

Millimizin kapitanı 29 yaşı olmasına baxmayaraq, yenidən legioner həyatı yaşmaq haqda düşünür. Ancaq Rəşad Türkiyə Superliqasına qayıtmaqda maraqlı deyil: “Buna görə də “Qarabağ”la uzun müddət müqavilə bağlamaq istəmədim. Yayda yenidən xaricə gedib, özümü sübut etmək istərdim. İndi “Əskişəhərpsor” və “Alaniya” arasında seçim etməli olsaydım, ikincisinə üstünlük verərəm”.

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Real TV”nin əməkdaşlarını həmin məktəbin önündə döydülər - Saxlanılanlar var+Video
22:13 28.10.2026
“Real TV”nin əməkdaşlarını həmin məktəbin önündə döydülər - Saxlanılanlar var+Video
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
22:00 28.10.2026
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Xaçmaz rayonunda Caqacuq çayı üzərində yeni körpü inşa olunur
21:56 28.10.2026
Xaçmaz rayonunda Caqacuq çayı üzərində yeni körpü inşa olunur
Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub
21:49 28.10.2026
Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub
Yaşadığı evdə meyiti tapıldı
21:43 28.10.2026
Yaşadığı evdə meyiti tapıldı
İspaniyada üçgünlük matəm elan olundu
21:39 28.10.2026
İspaniyada üçgünlük matəm elan olundu
Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib
21:36 28.10.2026
Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib
Ərdoğan Ankarada Tokayevlə görüşüb
21:32 28.10.2026
Ərdoğan Ankarada Tokayevlə görüşüb
Xankəndidə rəqəmsal texnologiyaların rəqabət mühitinə təsiri müzakirə edilib
21:27 28.10.2026
Xankəndidə rəqəmsal texnologiyaların rəqabət mühitinə təsiri müzakirə edilib
Pərviz Abubəkirov işdən çıxarıldı
21:18 28.10.2026
Pərviz Abubəkirov işdən çıxarıldı
Yıxılıb xəsarət aldı, xəstəxanaya aparılarkən öldü
21:13 28.10.2026
Yıxılıb xəsarət aldı, xəstəxanaya aparılarkən öldü
Heydər Əliyev Mərkəzində "Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi" mövzusunda panel müzakirəsi keçirilib
21:10 28.10.2026
Heydər Əliyev Mərkəzində "Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi" mövzusunda panel müzakirəsi keçirilib
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib
21:05 28.10.2026
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib
İƏT-ə üzv dövlətlərin hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli görüşü keçirilib
21:03 28.10.2026
İƏT-ə üzv dövlətlərin hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli görüşü keçirilib
İƏT-in Baş katibi Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini bildirib
20:56 28.10.2026
İƏT-in Baş katibi Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini bildirib
Şəmkirdə bıçaqlanan kişi xəstəxanaya aparılarkən ölüb
20:47 28.10.2026
Şəmkirdə bıçaqlanan kişi xəstəxanaya aparılarkən ölüb