Rəşad Sadıqov Türkiyəyə yola düşdü

Rəşad Sadıqov Türkiyəyə yola düşdü
İDMAN
09:48 28.04.2011
2165

Azərbaycan millisinin kapitanı, “Qarabağ” klubunun üzvü Rəşad Sadıqov Türkiyəyə yollanıb. AZXEBER.COM-un “Qarabağ” futbol klubuna istinadən verdiyi məlumata görə, müdafiəçinin topuğunda kəskin ağrı yaranıb. 28 yaşlı Rəşad Sadıqovun daha öncələr aldığı köhnə zədəsinin yenidən özünü göstərməsi ehtimal olunur. 

Qardaş ölkədə müayinə olunacaq Sadıqovun durumuna İstanbulda aydınlıq gələcək. Bu səbəbdən müdafiəçinin Unibak Premyer Liqasının növbəti turunda “Bakı” ilə oyunda iştirakı sual altındadır.

 

OXŞAR XƏBƏRLƏR