Xəbər verdiyimiz kimi, "Yeni Ulduz-2" musiqi müsabiqəsinin qalibi Rəcəb Musayev gecə saat 12 radələrində dünyasını dəyişib. 3 saylı Sabunçu rayon xəstəxanasından AZXEBER.COM-a verilən məlumata görə, Rəcəb Musayevin avtomobil qəzasından xəsarət aldığını və xəstəxanaya ağır vəziyyətdə çatdırıldığını bildirib.
Azxeber.com portalının Sabunçu rayon Polis İdarəsindən aldığı məlumata görə, R.Musayev yanvarın 8-də saat 20:45-də Kürdəxanaı-Ləhic bağları istiqamətində hərəkət edən zaman yol qəzasına düşüb. O, idarə etdiyi “Mercedes” markalı 10 NU 411 dövlət nömrə nişanlı avtomobilini aşırıb. Yüksək süərlə hərəkət edən avtomobil bir neçə dəfə çevrilib. Ağır xəsarətlə 3 saylı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək münkün olmayıb.
Qeyd edək ki, mərhum Yeni Ulduz-2 musiqi müsabiqəsinin qalibi olmuşdu. Bununla yanaşı o, AZTV kanalında yayımlanan “Əsgər andı” verilişinin aparıcılarından biri idi.
Allah rəhmət eləsin!