Rəqsanə ölümdən döndü

ŞOU-BİZNES
08:51 10.01.2011
1930

Qaranlıq gecədə qəfildən qarşısına çıxan "Kamaz" onun aftomobilinin üstünə gəlib. Kamazla toquşan zaman Rəqsanə huşunu itirib. Yoldan keçən bir şəxs müğənnini tanıyıb və onun telefonu vasitəsi ilə evlərinə gətirib. Özündə olmayan Rəqsanə nə maşınını görüb, nə də onu evə gətirən şəxsi tanıyıb. 

Hazırda müğənni ev şəraitində olsa da vəziyyəti ürəkaçan deyil. Onunla əlaqə saxlamaq istəsək də, mümkün olmayıb. Məlumatı dəqiqləşdirmək üçün müğənninin prodüseri Təranə Səmədova ilə danışdıq. Prodüser Milli.Az xəbər portalına açıqlamasında xəbəri təsdiqlədi: “Bəli, hadisə siz danışdığınız kimi olub. Rəqsanə qəzaya uğrayıb. Allaha şükür ki, o, salamatdır. Vəziyyəti də kafidir. Amma hazırda danışmağa halı yoxdur. Çox qorxub. Heç kimə cavab vermir. Sağ olsun vətəndaşlar, onu gecə yarısı yolda qoymayıblar. Heç tanımadığımız adam gətirib”.

Qeyd edək ki, qəzadan sonra müğənninin “Range Rover” markalı maşınını heç kim görməyib. Təranə bildirib ki, maşın, qəza baş verən gecədən ustanın yanındadır./// milli.az

 

OXŞAR XƏBƏRLƏR