Rəqsanənin səhhəti pisləşdi: müğənniyə təcili yardım çağırıldı

ŞOU-BİZNES
22:10 14.12.2010
1829

Azxeber.com  "Trend Life"a istinadən bildirir ki, məşhur müğənni Rəqsanə İsmayılovanın səhhətində problemlər yaranıb.
"Lider" telekanalındakı "Maşın" realiti-şousunda iştirak edən R.İsmayılovanın durumu dünən gecə kəskin pisləşib.

"Maşın" layihəsinin müəllifi və realiti-şounun aparıcısı Murad Dadaşov proqramın iştirakçılarının qaldığı otelə təcili yola düşüb. Ora təcili yardım maşını da çağırılıb.
Rəqsanə İsmayılovanın səhhətinin kəskin pisləşməsinin arıqlamaq üçün qəbul edilən həblərlə bağlı olduğu deyilir.
Müğənninin "Maşın" realiti-şousunda iştirakı sual altındadır.

 

OXŞAR XƏBƏRLƏR