"Rəsulzadənin məzarının Vətənə gətirilməsi gələcəyin işidir"

Bütün Xəbərlər
22:05 14.12.2010
1773

 Z.Xanlarova bildirib ki, Azərbaycan dövlətinin qurucusu olan M.Ə.Rəsulzadənin qəbri onun vətənində olmalıdır. "Ürəyimdən gələn səsim bunu deyir. Azərbaycan dövlətinin yaradıcısı Məhəmməd Əminin qəbri ölkəmizə gətirilməlidir. Bununla bağlı məsələ müvafiq orqanların qarşısında qaldırılmalıdır".
  
   Mədəniyyət komitəsinin sədr müavini Rəfael Hüseynov isə bunun mümkün olmadığını söyləyib. R.Hüseynov qəbrin açılmasının dini baxımdan düzgün olmadığını deyib.
  
   Komitədə açılmış müzakirəyə münasibət bildirən Məmməd Əmin Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə dəfələrlə bu məsələnin qaldırıldığını, lakin nəticənin olmadığını xatırladıb. Onun sözlərinə görə, əgər elə bir şərait yaranarsa, yəqin ki, bu məsələ barədə düşünmək olar. "Onun irsi barədə iki cild kitab çap olunub. Amma bundan başqa digər cildlər yoxdur. İstərdim ki, onun heykəli qoyulsun, muzey açılsın və bir qədər geniş təbliğ olunsun. Məzarın vətənə gətirilməsi hələ gələcəyin işidir. Əvvəlcədən hər şeyi proqnozlaşdırmaq olmur. Onun heykəli burda qoyulan anda, əsərləri, irsi yetərincə millətimizə çatdırılan halda yəqin ki, gətirilə bilər. Onun da vaxtı, məqamı var. Zamanı yetişər. O, xalqın, ziyalıların problemidir".

OXŞAR XƏBƏRLƏR