Yerli İT şirkətlərinin və ümumilikdə kadr potensialının gücləndirilməsi Azərbaycanın İKT sektorunun mühüm tərkib hissəsi, ölkə iqtisadiyyatının ayrılmaz hissəsidir.
AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, bunu rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə Bakıda "Start-up günləri" konfransında çıxışı zamanı deyib.Onun sözlərinə görə, 2020-ci ilədək dövlət tərəfindən qarşıya qoyulan, eləcə də "Azərbaycan-2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyasında bəhs edilən əsas məqsəd ÜDM-in ikiqat artırılmasıdır ki, bununla əlaqədar iqtisadiyyatın hər bir sahəsi qarşısında müəyyən tapşırıqlar qoyulub.E.Vəlizadə bildirib ki, özəl şirkətlərin potensialının gücləndirilməsi ilə yanaşı, xarici şirkətlərlə birgə əməkdaşlığın təşkili vacibdir ki, bu da regional ekspansiya üçün əsas aspektdir.Nazir müavini hesab edir ki, bu potensialın formalaşdırılacağı təqdirdə, daxili ehtiyaclar kifayət etməyəcək. Bu səbəbdən əvvəlcədən regional bazarlara köklənmək lazımdır.Azərbaycanda artıq bu istiqamətdə addımlar atılıb. Onlardan biri Yüksək Texnologiyalar Parkının yaradılmasıdır. Bu park gələcəkdə bilavasitə "start-up" layihələrlə işləyəcək, xarici sərmayələrin cəlb edilməsinə, respublika daxilində İT məhsullarının istehsalına başlamağa və onun xarici bazarlara çıxarılmasına kömək edəcək platforma qismində çıxış edəcək. Sahənin inkişafı ilə məşğul olacaq digər struktur İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondudur. Bu Fond "start-up" layihələrin inkişafına maliyyə yardımı göstərəcək.Nazir müavininin sözlərinə görə, üçüncü vacib addım İKT sahəsində kadr potensialının inkişafına yardım edəcək İnformasiya Texnologiyaları Universitetinin yaradılmasıdır.