Rabitə nazirliyi seçki ilə bağlı gücləndirilmiş iş rejiminə keçir

Rabitə nazirliyi seçki ilə bağlı gücləndirilmiş iş rejiminə keçir
Bütün Xəbərlər
13:40 27.09.2013
969
Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə əlaqədar Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin müəssisələri oktyabrın 1-dən 13-ə kimi gücləndirilmiş iş rejimində işləyəcək. Bunu rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov Mərkəzi Seçki Komissiyasında (MSK) yaradılmış veb-kameralara texniki nəzarət mərkəzində çıxışı zamanı bildirib.Onun sözlərinə görə, seçki dövründə MSK ilə birgə saytın dayanıqlı işləməsi üçün hər bir şərait yaradılıb: "Əgər haker hücumu olsa, alternativ variantlar işlənib. Saytın mühafizəsi üçün hər cür şərait yaradılıb. Ayın 1-dən 13-ə qədər bütün rabitə qurumları gücləndirilmiş iş rejimində çalışacaq".İ.Məmmədov həmçinin bildirib ki, yanğın təhlükəsizliyi, poçt rabitəsi də xüsusi rejimdə çalışacaq. Əgər hər hansı əlahiddə fövqəladə hal yaranarsa, məlumatları həmin müəssisələr vasitəsilə də əldə etmək mümkün olacaq. Problem yaranmamsı üçün rabitə nazirliyi müxtəlif idarələrə müraciətlər edib.
OXŞAR XƏBƏRLƏR