'Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin hər hansı gizli sənədləri yoxdur'

Bütün Xəbərlər
16:30 18.04.2013
1555
Nazir Əli Abbasovun beynəlxalq və yerli tədbirlərdə çəkilən şəkilləri oğurlanıb“Rabitə və İnformasiya Nazirliyinin hər hansı gizli sənədləri yoxdur. Yazıda qeyd olunduğu kimi məxfi şəkillər və sənədlər oğurlanmayıb”.Bu sözləri “Qafqazinfo”ya açıqlamasında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov “Anonimous” adlı beynəlxalq hakerlər qrupunun nazirliyə məxsus gizli sənədləri və fotoları oğurlaması məsələsinə münasibət bildirərkən deyib. Müşfiq Əmirov bildirib ki, nazirin beynəlxalq və yerli tədbirlərdə çəkilən şəkilləri oğurlanıb: “Nazirlik həmin haker qrupu haqqında araşdırma aparır. Araşdırmalar bitdikdən sonra ictimaiyyətə ətraflı məlumat verəcəyik”.Qeyd edək ki, bu gün musavat.com bu barədə məlumat yayıb. Məlumatda bildirilir ki, “Anonimous” adlı beynəlxalq hakerlər qrupu Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə aid (mincom.gov.az) 1.5 GB-lik (qiqabayt) müxtəlif səpkili sənədləri və informasiyaları oğurlayıb.Bu informasiyaların arasında təkcə nazirliyə aid qapalı sənədlər deyil, həmçinin nazir Əli Abbasovun şəxsi xarakterli fotoları da yer alır. Hakerlər fotoşəkilləri və ələ keçirdikləri digər informasiyaları LulzSec adlı haker qruplaşmasının loqosu ilə “bəzəyərək” par-anoia.net adlı saytda yerləşdiriblər.Lakin par-anoia.net saytına Azərbaycandan daxil olmaq mümkün deyil və bu səbəbdən sənədlərin nədən ibarət olduğuna dair ətraflı informasiya əldə etmək mümkün olmayıb. Bununla belə, securitylab.ru qeyd edir ki, sənədlər arasında MDB-nin seçki müşahidə missiyasının üzvlərinin məlumat bazası, ABŞ Müdafiə Nazirliyinin Əfqanıstandakı podratçılarının Azərbaycan üzərindən daşıdığı yüklərə dair sənədlər yer alır. Bildirilir ki, bu sənədlər anama.gov.az saytı üzərindən əldə edilib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bu şəxslər hərbi çağırışdan azad edilir
15:56 15.08.2025
Bu şəxslər hərbi çağırışdan azad edilir
Azərbaycanda boşananların sayı azalıb
15:48 15.08.2025
Azərbaycanda boşananların sayı azalıb
Azərbaycanda 1 milyon 103 min 300 nəfər pensiyaçı var
15:47 15.08.2025
Azərbaycanda 1 milyon 103 min 300 nəfər pensiyaçı var
Tramp Putinlə görüşündən gözləntiləri haqqında: "Gözləntilər yüksəkdir!!!"
15:20 15.08.2025
Tramp Putinlə görüşündən gözləntiləri haqqında: "Gözləntilər yüksəkdir!!!"
"Bunları etməkdən çəkinin"- Astroloqdan AÇIQLAMA
15:05 15.08.2025
"Bunları etməkdən çəkinin"- Astroloqdan AÇIQLAMA
Azərbaycan əhalisinin sayı açıqlandı
14:58 15.08.2025
Azərbaycan əhalisinin sayı açıqlandı
Rusiyanın informasiya müharibəsinə Azərbaycan necə cavab verməlidir? - Deputatlar şərh etdilər
14:56 15.08.2025
Rusiyanın informasiya müharibəsinə Azərbaycan necə cavab verməlidir? - Deputatlar şərh etdilər
Donald Tramp 907-ci düzəlişi rəsmən dayandırıb
14:34 15.08.2025
Donald Tramp 907-ci düzəlişi rəsmən dayandırıb
"Rusiyanın qəzəbi və əsassız ittihamları Azərbaycanın gücünün və uğurlarının göstəricisidir"
14:28 15.08.2025
"Rusiyanın qəzəbi və əsassız ittihamları Azərbaycanın gücünün və uğurlarının göstəricisidir"
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib
14:08 15.08.2025
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib
TƏBİB-dən Beyləqanda qızdırmadan ölən azyaşlı ilə bağlı AÇIQLAMA
14:05 15.08.2025
TƏBİB-dən Beyləqanda qızdırmadan ölən azyaşlı ilə bağlı AÇIQLAMA
Canlı yayımda dəhşətli anlar: Hamının gözü qarşısında başından güllələndi
14:03 15.08.2025
Canlı yayımda dəhşətli anlar: Hamının gözü qarşısında başından güllələndi
Zaur Mikayılov  Tovuz rayonunda vətəndaşlarla görüşüb
13:52 15.08.2025
Zaur Mikayılov Tovuz rayonunda vətəndaşlarla görüşüb
Çətənə bitkilərinin gizli yetişdirilməsi üçün istifadə edilən narkotunel aşkarlandı
13:46 15.08.2025
Çətənə bitkilərinin gizli yetişdirilməsi üçün istifadə edilən narkotunel aşkarlandı
Vaşinqton görüşü niyə İranı qorxuya salıb? - Deputatdan AÇIQLAMA
13:38 15.08.2025
Vaşinqton görüşü niyə İranı qorxuya salıb? - Deputatdan AÇIQLAMA
Tramp-Putin görüşü uğursuzluqla nəticələnəcək? - Lavrovdan görüş öncəsi açıqlama
13:30 15.08.2025
Tramp-Putin görüşü uğursuzluqla nəticələnəcək? - Lavrovdan görüş öncəsi açıqlama