Rabitə və Yüksək Texnologiyalar Nazirliyində geniş müzakirə keçirildi

Rabitə və Yüksək Texnologiyalar Nazirliyində geniş müzakirə keçirildi
Bütün Xəbərlər
18:07 12.05.2014
602

Rabitə və Yüksək Texnologiyalar Nazirliyində “Milli genişzolaqlı internetin inkişafı” layihəsinin icrasına başlanılması üzrə hazırlıq prosesi ilə bağlı geniş müzakirə keçirilib.

İclasda “Milli genişzolaqlı internetin inkişafı” layihəsinin icrasına başlanılanadək, əhalinin müasir telekommunikasiya və genişzolaqlı xidmətlərə daha çox tələbatı olduğu regionlarda “Aztelekom” İB tərəfindən hazırlanmış pilot layihənin həyata keçirilməsiqərara alınıb.

Məlumat verilmişdir ki, Birliyin daxili imkanları hesabına təmin ediləcək sözügedən layihənin texniki-iqtisadi əsaslandırması istehsalçı şirkətlərin təklifləri, yeni texnologiyaların tətbiqi və hazırda potensial tələbat olan ərazilər nəzərəalınmaqla hazırlanıb.

Sonda layihənin 3 ay müddətində başa çatdırılması ilə bağlı müvafiq tapşırıqlar verilib.

OXŞAR XƏBƏRLƏR