Radikal islamçılar hakimiyyətə gəlir

Radikal islamçılar hakimiyyətə gəlir
Bütün Xəbərlər
20:55 08.01.2012
1569
Misir parlamentinin aşağı palatasına keçirilən seçkilərin sonuncu mərhələsi başa çatıb. İlkin nəticələrə görə, səslərin çoxunu “Müsəlman qardaşları”nın qanadı olan “Azadlıq və ədalət” partiyası qazanıb. Radikal sələfilərin “Nur” partiyası isə ikinci yerdə qərarlaşıb. Parlament seçkilərinin nəticələri barədə rəsmi açıqlama yanvarın 11-də veriləcək. Martda isə parlamentin yuxarı palatasına seçkilər yekunlaşacaq. Bununla da Misirdə yeni hökumət formalaşdırılacaq. “Müsəlman qardaşları” və sələfilərin qələbəsi ilə yekunlaşan seçkilər Misirdə ultramühafizəkar, dini dövlətin yaranması ehtimalını artırır. Belə ki, sələfilərin “Nur” partiyası Misirdəki islamyönümlü partiyalarının ən radikal qoludur. Onlar Səudiyyə Ərəbistanından dəstəklənir. Misir inqlabından sonra xristian-koptlara qarşı edilən hücumların arxasında da məhz bu qüvvə dayanır. Sələfilər hakimiyyətə gələcəkləri halda, ölkənin birmənalı olaraq şəriət qanunları ilə idarə ediləcəyini bildirirlər.
OXŞAR XƏBƏRLƏR