Mozambikin Tanzaniya ilə sərhəddə yerləşən Palma liman şəhəri radikal islamçıların nəzarəti altındadır.
"Report” xəbər verir ki, bu barədə mənbələrə istinadən "Agence France-Presse” (AFP) şənbə günü bildirib.
"Hökumət qüvvələri Palmadan çıxarılıb, şəhərə silahlı islamçı qruplar nəzarət edir", - mənbə agentliyə bildirib. Bu halda o əlavə edib ki, Palma ərazisində döyüş əməliyyatları davam edir.