"Radio və televiziya kanallarının maliyyə dəstəyinə ehtiyacı var".
AZXEBER.COM xəbər verir ki, bunu Audiovizual Şuranın sədri İsmət Səttarov bu gün keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, radio və televiziya kanallarının gəlirləri hər il azalır:
"Radio və televiziya kanallarının xərcləri artır, gəlirləri isə azalır. Onlara maliyyə dəstəyi ilə bağlı təkliflər hazırlanır".