“Gənclərin Səsi İnternet Radiosu” layihəsi jurnalist olmaq istəyən gənclər üçün növbəti təcrübə proqramını elan edir.
Təcrübə proqramının iştirakçıları 3 ay müddətinə radio redaksiya mühitində çalışaraq aşağıdakı işləri görərək biliklərini artırmaq və təcrübə qazanmaq şansı əldə edəcəklər:
Radio reportajların, süjetlərin hazırlanması;
Canlı efirin idarə olunması;
Radio debatların təşkili;
Səs montajı;
Radioda prodüser işi və s.
İştirakçılar əldə edəcəklər
“Gənclərin Səsi Radiosu” təcrübə proqramında iştirak edən şəxslər üçün aşağıdakıları təmin edir:
Redaksiyada işləmək üçün lazımı bütün texniki biliklərin öyrəsilməsi;
Təcrübə müddətində hazırlanacaq materiallar üçün qonorarın ödənilməsi;
Proqramı uğurlu başa vuranlar üçün xüsusi diplom və tövsiyə məktubu;
Gələcəkdə də redaksiya ilə əməkdaşlıq etmək və çalışmaq imkanı.
Kimlər müraciət edə bilər
18-27 yaş arası tələbələr, həmçinin təcrübəyə ehtiyacı olan ali təhsil müəssisəsini bitirmiş şəxslər təcrübə proqramına qoşula bilərlər. Namizədlərə tələblər aşağıdakılardır:
Gələcək kariyerasını jurnalistikada görən, jurnalist fəaliyyətinin mahiyyətini başa düşən bütün gənclər (jurnalistika ixtisası üzrə olanlara üstünlük verilsə də, digər ixtisaslı şəxslər də müraciət edə bilərlər);
Kompüter və İnternetdə sərbəst işləyə bilən;
Xarici dil bilikləri olanlara üstünlük verilir.
Təcrübə müddətində regionlara ezam oluna bilər.
Müraciət qaydası
İştirak etmək istəyənlər 18 yanvar 2013-ci il tarixinə qədər CV və maraq məktubunu (təcrübə proqramının müraicət edən şəxsin gələcək kariyerasına təsiri barədə) [email protected]/* */ ünvanına göndərməlidirlər. Yalnız seçilmiş şəxslər müsahibəyə dəvət olunacaqlar.Ətraflı məlumat və ya suallar üçün:
Telefon: +99455 287 87 48
Email: [email protected]/* */