Rafael Varan rəsmi olaraq “Mançester Yunayted”dən ayrıldı

İDMAN
19:21 14.05.2024
226
Fransalı müdafiəçi Rafael Varan "Mançester Yunayted” klubundan ayrılıb.

Məlumata görə, "qırmızı şeytanlar”ın rəsmiləri Rafael Varanla müqaviləni uzatmayacaqlarını bildiriblər.

Futbolçu iyul ayından etibarən sərbəst futbolçu - azad agent statusu qazanacağı üçün "Mançester Yunayted” müdafiəçinin satışından heç bir gəlir əldə edə bilməyəcək.

Qeyd edək ki, Rafael Varan "Mançester Yunayted” forması ilə ümumilikdə 93 oyunda meydana çıxıb, iki qol, bir məhsuldar ötürmə ilə yadda qalıb.

OXŞAR XƏBƏRLƏR