Rafiq Tağı cinayətinin 40-cı günü tamam oldu

Rafiq Tağı cinayətinin 40-cı günü tamam oldu
Bütün Xəbərlər
22:08 02.01.2012
1519

Yanvarın 2-də yazıçı Rafiq Tağının ölümünün 40-cı günü tamam olub.

AZXEBER.COM-un “Azadlıq” radiosuna istinadən verdiyi xəbərə görə, həmkarları, jurnalist dostları Rafiq Tağının qəbri üstündə anım mərasimi keçiriblər.

Yazıçı-publisist Əjdər Ol və filosof Asif Atanın davamçılarından İşıqlı Atalı çıxış edərək Rafiq Tağının Azərbaycan üçün əhəmiyyətindən danışdılar, ümid etdilər ki, yazıçının qatili tezliklə tapılacaq.

Noyabrın 19-da Rafiq Tağını naməlum şəxs bıçaqlamışdı. O, çoxlu bıçaq yarası alsa da, əməliyyatdan sağ çıxa bilmişdi.Noyabrın 23-də isə yazar xəstəxanada keçinib. Rafiq Tağı həm İran rejimi, həm də hakimiyyət əleyhinə tənqidi yazılarla tanınırdı.

Yazıçı-publisist Rafiq Tağı xəstəxanada öldüyündən işin istintaqı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə davam etdirilir.

Bu barədə Daxili İşlər Nazirliyi və Baş Prokurorluq məlumat yayıb.

OXŞAR XƏBƏRLƏR