Xətai rayonunda yerləşən "Rahat Həyat" MTK-ya məxsus yaşayış binasının sakinləri həyəcan siqnalı çalırlar.Qaynar.info xəbər verir ki, Mehdi Mehdizadə 1208 ünvanında yerləşən "Rahat Həyat" MTK-nın liftləri qəza vəziyyətindədir.Sakinlərin sözlərinə görə, yaranmış problemlə bağlı dəfələrlə bina rəhbərliyinə öz şikayətlərini etsələr də bunun bir xeyiri olmayıb: "Hər ay bizdən lift pulu yığırlar, amma bu liftlərin normal işlədiyi gün yoxdur. İşləyəndə də istifadə etməyə qorxuruq. Bir neçə dəfə məktəbdən gələn uşaqlar, yaşlı insanlar saatlarla liftdə qalıblar.""Rahat Həyat" MTK-nın rəhbəri Hacı Məhərrəm adlı iş adamıdır.