9-qat dünya rally çempionu Sebastyan Lyobun Payks zirvəsində fantastik rekordunun videosu yayılıb.
Peugeot 208 T16 avtomobili ilə o, çempion Ris Millenin ötənilki rekordunu dəqiqə yarım geridə qoyub. «Buludlarda yarış” adlanan zirvə yürüşündə Lyob 20 kilometrlik məsafəni 8:13,878 dəqiqəyə qət edib.
Vertolyotdan çəkilişdən fərqli olaraq, bu kiçik video baxanları qorxuya salır. Qısa məsafədə 140 km/saat sürətlə irəliləyən çempion qorxduğunu danmayıb. 156 sərt döngə keçən fransızı ən çox dəhşətə gətirən yolun sonunda sərxoş azarkeşlərin onun qabağına qaçması olub.
Qeyd edək ki, Payks Zirvəsinə sürətli dırmanma beynəlxalq yarış kimi hər il keçirilir. Sebastyan Lyobu ABŞ-ın idman həvəskarları 1886-cı ildə Fransanın hədiyyə etdiyi Azadlıq heykəlindən sonra ikinci dəyərli hədiyyə kimi qəbul edirlər. Səbəbi isə onun sayəsində indi bütün dünyanın bu yarışı və Payks zirvəsini tanımasıdır.