Ramazan ayına bir gün qalmış xurmanın qiyməti rekord vurdu

Ramazan ayına bir gün qalmış xurmanın qiyməti rekord vurdu
SOSİAL
22:39 05.05.2019
7987
Ramazan ayı ərəfəsində Azərbaycanın quru meyvə bazarında xurma bahalaşıb.

AZXEBER.COM-un məlumatına görə, Virtualaz.org xəbər verir ki, İranda xurmanın birdən-birə 6-7 dəfə bahalaşmasından sonra (1 kiloqramı 300-350 rial - təxminən 7,14-8 dollar olub) bu ölkədən həmin meyvənin ixracının qadağan edilməsi Azərbaycan bazarına təsir göstərib. 

Hazırda bazarda İrandan gətirilən "paçka xurması” kimi tanınan, karton qutulara qablaşdırılmış 500 qramlıq xurma 2 manat 80 qəpik - 3 manata satılır. İranın məşhur "Piyarəm”, "Məzafəti” , "Zahidi” xurmalarının qiymətində təxminən 2-3 manat artım var. Ramazanda oruc tutanların, bir qayda olaraq, iftarı xurma ilə açdıqlarından təlabatın artacağı, buna görə də, bahalaşmanın davam edəcəyi gözlənilir.

Xurma - kiloqramı 200-300 manatdan...

Azərbaycana İranla yanaşı, Tunis, BƏƏ, İordaniya, İsrail və bir neçə ərəb ölkəsindən xurma gətirilir. Hazırda bazarda İran xurmalarının qiyməti növünə görə 6-10 manat arasında dəyişir. Tunisdən gətirilən 350 qramlıq qablaşdırılmadakı "Tunis xurması” 3 manat 80 qəpiyə, Dubaydan gətirilən xurma növünə görə 14-28 manata, İsraildən gətirilən xurma 29-35 manata, İordaniya xurması 23-27 manata təklif edilir. Ən bahalı xurma isə Mədinədən gətirilən, "Peyğəmbər xurması” kimi tanınan acvə xurmasıdır, hansı ki, paytaxtın yalnız bir neçə mağazasında satılır.

 


Metronun "Nizami” stansyasının yaxınlığındakı quru meyvə mağazasının Elxan adlı satıcısı deyib ki, İran xurması dadına və keyfiyyətinə görə Mədinə, yaxud İsrail xurmasına uduzur. Amma qiymətə həm də daşınma xərcləri təsir edir. "Ucuz olduğu üçün karton qutularda qablaşdırılmış xurmaya təlabat çoxdur, təkcə Ramazanda deyil, həm də yas mərasimlərində əsasən bundan alırlar”, - satıcı deyib. 

Bir neçə iri ticarət mərkəzində "endirimlər” olduğunu, "İran paçka” xurmasının 2 manat 70 qəpikdən 2 manat 49 qəpiyə endirildiyini xatırladırıq. Satıcı əmin edib ki, Ramazan ərəfəsində endirimlə satılan xurmanın ya istifadə müddəti bitmək üzrədir, ya da artıq "qurdlayıb”.

Digər satıcı isə söyləyib ki, İrandan sonra ən ucuz xurma Tunisdən gətirilənlərdir: "İrandan xurma gətirilməsi qadağan edildiyindən Tunisdən məhsul alınır”. Əlavə edib ki, oruc tutan müsəlmanlar bir qayda olaraq xurmadan istifadə edirlər, ona görə də, əksəriyyət, bahalaşma olsa da, məcburiyyətdən alırlar.

 

Mağazalarda Mədinədən gətirilən xurmalardan "Məbrum”u 8, "Məryəm”i 12-14, "Səfavi”ni 16-18 manatdan almaq mümkündür. Satıcılar əlavə ediblər ki, bu xurmaların dadı heç də elit mağazalarda "imkanlı hacılar”ın aldığı "Peyğəmbər xurması”ndan pis deyil. Amma Bakı mağazalarında qiymətə həm də mağazanın yerləşdiyi yerdən tutmuş, məhsulun görünüşü, ölçüsü də təsir edir. "Mədinə xurmasını 200-300, hətta ondan da baha satırlar, təxminən barmaq ölçüsündədir, çox da şirin deyil. İnsafən, İran və qabığı soyulan Tunis xurmasından çox ləzzətli və sağlamlıq üçün faydalıdır”, - satıcılardan biri izah edib.

Sel, daşqın və işbazların qazanmaq hərisliyi...

Xəbər verdiyimiz kimi, xurmanın bahalaşmasının birinci səbəbi İranın xurma ixracına qadağa qoymasıdır. Ekspert Akif Nəsirli bildirib ki, Azərbaycanın xurmaya olan təlabatının təxminən 30-35 faizi İran məhsullarının hesabına ödənilir. İranın 12 əyalətində sel və daşqınlar xurma istehsalına təsir göstərib. İran öz vətəndaşlarının təlabatını ödəmək, həmçinin qiymət artımının qarşısını almaq üçün ixracı qadağan edib: "Azərbaycan bazarında ən ucuz xurma isə İrandan gətirilən məhsullar idi. Buna görə də, bahalaşma təbiidir, kiloqramı 2-3 manata satılan xurma 4-5 manatadək yüksələcək”.

 

Ekspert onu da əlavə edib ki, iş adamları həm də ərəb ölkələrindən xurma gətirirlər. "Yeganə problem o olacaq ki, İran xurmaları ucuz idi, bazarda rəqabət yarada bilirdi”.

İran Ramazandan sonra xurma ixracına yenidən baxacaq. Hələlik isə dükan-bazarda xurma boldur, qiymətlər baha olsa da...

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tramp İrana qarşı hərbi əməliyyatı istisna etmir
19:24 03.11.2026
Tramp İrana qarşı hərbi əməliyyatı istisna etmir
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı "arzuolunmaz şəxs" elan edildi - Siyahı
19:09 03.11.2026
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı "arzuolunmaz şəxs" elan edildi - Siyahı
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
19:09 03.11.2026
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
İsraildən uçan təyyarə Sofiya hava limanında təcili eniş edib
18:56 03.11.2026
İsraildən uçan təyyarə Sofiya hava limanında təcili eniş edib
Londondan qalxan təyyarə partlayış təhlükəsinə görə Polşada təcili eniş edib
18:42 03.11.2026
Londondan qalxan təyyarə partlayış təhlükəsinə görə Polşada təcili eniş edib
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
18:32 03.11.2026
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Pakistanda hücum zamanı iki polis öldürülüb
18:16 03.11.2026
Pakistanda hücum zamanı iki polis öldürülüb
Tramp İsrailə hərbi yardımı dayandıracaq
17:58 03.11.2026
Tramp İsrailə hərbi yardımı dayandıracaq
İham Əliyev İliyana Yotovanı təbrik etdi
17:42 03.11.2026
İham Əliyev İliyana Yotovanı təbrik etdi
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edildi
17:31 03.11.2026
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edildi
DTX əməliyyat keçirdi - Murad Fərtiyev Azərbaycana gətirildi, həbs edildi
17:15 03.11.2026
DTX əməliyyat keçirdi - Murad Fərtiyev Azərbaycana gətirildi, həbs edildi
İlon Maskdan dünyanı şoka salan proqnoz: “3 ildən sonra…”
16:57 03.11.2026
İlon Maskdan dünyanı şoka salan proqnoz: “3 ildən sonra…”
“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramı çərçivəsində daha 20 tələbəyə təqaüd ayrılacaq
16:47 03.11.2026
“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramı çərçivəsində daha 20 tələbəyə təqaüd ayrılacaq
“Qarabağ uğrunda müharibə: Strategiya, texnologiya və qələbə” kitabının təqdimat mərasimi keçirilib
16:45 03.11.2026
“Qarabağ uğrunda müharibə: Strategiya, texnologiya və qələbə” kitabının təqdimat mərasimi keçirilib
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
16:43 03.11.2026
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
16:41 03.11.2026
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub