Ramazanda mədəmizin dostu olan zeytun yağının 16 FAYDASI

MARAQLI
23:19 19.05.2019
4092
Zeytun yağı mədəni qoruyan xüsusiyyətə malikdir və həzmi asanlaşdırır.

AZXEBER.COM ölkə.az-a istinadən bildirir ki, iftar yeməklərində zeytun yağına üstünlük vermək çox önəmlidir.

Zeytun yağının 16 faydasını oxucularımızla bölüşürük.

1.Zeytun yağı 100 faiz təbii meyvə suyudur
Zeytun yağında zeytunun ləzzəti, qoxusu və aroması olduğu kimi qalır. 

2.Zeytun yağı Aralıq dənizi pəhrizinin əsasıdır
Sağlam bir pəhriz üçün zeytun yağı çox vacibdir. Uzun müddət qəbul edəndə arıqlamağa kömək edir. Qidalarınızı zeytun yağında hazırlayın.

3.Tərkibi
Zeytun yağının tərkibindəki yüksək miqdarda olan oleik turşusu əsas yağ turşusudur. Bu yağın tərkibi doymamış yağ turşuları ilə zəngin olduğu üçün ən sağlam yağ sayılır.

4.Anti oksidant mənbəyi
Zeytun yağının tərkibindəki oleik turşu, polifenol və vitaminlər erkən qocalmanın qarşısını alır. Beyin hüceyrələrini qoruyur və Alzheimer kimi xəstəliklərin inkişafını əngəlləyir.

5.Ürək və damara faydası
Zeytun yağı ürək və damar xəstəliklərinin qarşısını alır. Qandakı xolesterol və LDL xolesterolunun miqdarını azaldır. HDL xolesterolunu isə artırır.

6.İltihaba qarşı
Təbii süzmə zeytun yağının tərkibindəki polifonel iltihabın qarşısını alır.

7.İmmuniteti gücləndirir
Zeytun yağı qəbul etmək mikro orqanizm, bakteriya və viruslardan gələn xarici hücumlara qarşı immunitet sistemini gücləndirir.

Tərkibində oleik turşu miqdarı çox olduğu üçün digər bitki və heyvan yağlarına görə daha faydalıdır. Tərəvəz və ətləri qızardanda istilik zeytun yağının strukturunu pozmur.

9.Xolesterolu azaldır
Xolesterol heyvan mənşəli qidalarda olan yağlı maddədir. Bu isə ürək-damar xəstəlikləri riskinin əsas faktorlarından biridir və qanda xolesterol miqdarını artırır. Zeytun yağı isə ziyanlı xolesterolu azaldır.

10.Həzmi asanlaşdırır
Zeytun yağı qəbuletmək yeməyin və mədə şirəsinin qida borusuna keçmə riskini azaldır. Zeytun yağı qidanın mədədə həzmini və bağırsaq tərəfindən sovrulmasını asanlaşdırır.

11.Dəriyə faydalıdır
Zeytun yağının tərkibindəki E vitamini və anti oksidantlar nəmləndirici, qidalandırıcı və canlandırıcıdır, dəriyə çox faydalıdır.

12.Mineralların sovrulması

Zeytun yağının tərkibindəki A, D, E və K vitaminlarəi kalsium, fosfor, maqnezium və sink kimi mineralların sovrulmasına yardım edir. Xüsusən də kalsiumun sovrulması sümüklərimiz üçün çox faydalıdır. 

13.Arıqlamağa kömək edir
Zeytun yağından uzun müddət istifadə edəndə arıqlamağa kömək edir.

14.Qanda şəkərin miqdarını stabilləşdirir
Şəkər xəstəliyi olan insanlar üçün zeytun yağı əla seçimdir. Xəstəliyin başlamasının qarşısını alır və gecikdirir. Qanda şəkərin miqdarını stabilləşdirir.

15.Hamilə qadınlara və uşaqlara məsləhətdir
Ana südündə olan E vitamini və oleik turşu zeytun yağının tərkibində də var. Bu səbəbdən ana bətnində olan və doğuşdan sonra körpənin inkişafına müsbət təsir edir, hamilə qadınlar üçün çox faydalıdır.

16.Bəzi xərçəng növlərinin qarşısını alır

Zeytun yağı ilə qidalanma xərçəng ehtimalını azaldır. Müntəzəm bu yağdan istifadə etmək bir sıra xərçəng növlərinin inkişafının qarşısını alır.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

00:08 07.08.2020

Hikmət Hacıyevin müsahibəsi bir sıra ölkələrin qəzet və xəbər saytlarında dərc edilib - FOTO

23:43 06.08.2020

Rusiyada koronavirus preparatı patentləşdirildi

23:09 06.08.2020

Türkiyədə son sutkada koronavirusdan 14 nəfər ölüb

22:40 06.08.2020

Qoşulmama Hərəkatına üzv ölkələrin QHT-nin virtual əməkdaşlıq şəbəkəsi qurulacaq

22:23 06.08.2020

Rezidenturaya qəbul imtahanının birinci mərhələsinin nəticələri açıqlanıb

22:00 06.08.2020

“Kapitan Nağdəliyev” gəmisinin mexaniki: “Palmali” bir ilə yaxındır ki maaşımızı ödəmir

21:54 06.08.2020

Fransada silahlı şəxs bir neçə nəfəri girov götürüb

21:23 06.08.2020

Ermənistana məxsus daha bir PUA məhv edildi

20:35 06.08.2020

Ceyhun Bayramov Aİ rəsmisini Ermənistanın təxribatı barədə məlumatlandırıb

20:15 06.08.2020

Koronavirusla Mübarizəyə Dəstək Fonduna toplanan vəsait açıqlanıb

20:01 06.08.2020

Polislər Buzovnada və Dənizkənarı Milli Parkda üç nəfəri boğulmaqdan xilas etdilər - FOTO

19:41 06.08.2020

Azərbaycanda reanimasiyada olan koronavirus xəstələrinin sayı açıqlanıb

19:14 06.08.2020

“Azərbaycanın diplomatik nümayəndəliklərinə hücum beynəlxalq məsuliyyət yaradır”

19:07 06.08.2020

Bakının bəzi küçə və prospektlərində tıxac var - FOTO

18:55 06.08.2020

Almaniya və Fransada rekord göstərici

18:37 06.08.2020

Daha bir kafenin sahibi və müştəriləri cərimələndi - FOTO

X Mostbet