Ramil 8-ci ildir ki, ad gününü zindanda qeyd edir...
Bütün Xəbərlər
11:20 25.08.2012
1307
Azərbaycan bayrağını təhqir etdiyinə görə Macarıstanda erməni zabitini qətlə yetirən Milli Ordumuzun zabiti Ramil Səfərovun doğum günüdür.35 yaşı tamam olan Ramil artıq 8 ildən çoxdur ki, azadlıqdan məhrum edilib.Ramil Səfərov 1977-ci il, avqustun 25-də Cəbrayıl rayonunda dünyaya gəlib. 1991-ci ildə Cəmşid Naxçıvanski adına hərbi təmayüllü məktəbə daxil olub. 1992-ci ilin sentyabrında Müdafiə Nazirliyinin sərəncamı ilə təhsilini davam etdirmək üçün Türkiyənin İzmir şəhərinə göndərilib.Maltəpə hərbi liseyini uğurla bitirəndən sonra Ankara Ali Hərbi Məktəbinə daxil olub və hərbi təlim kursları keçib.2001-ci ilin mayından 2002-ci ilin martına qədər Müdafiə Nazirliyinin sərəncamı ilə Gədəbəydəki N saylı hərbi hissədə tağım komandiri vəzifəsində xidmət edib. 2002-ci ilin martında nazirliyin sərəncamı ilə H.Əliyev adına Ali Hərbi Komandirlər Məktəbinə göndərilib. Qulluq etdiyi müddətdə baş leytenant rütbəsinə qədər yüksəlib. 2004-cü ilin yanvarında NATO proqramları çərçivəsində Macarıstanın Budapeşt şəhərində keçirilən 3 aylıq ingilis dili kurslarına ezam olunub. Vətənə dönməyə 20 gün qalmış - fevralın 19-da kurslarda iştirak edən Qurqen Markaryan adlı erməni zabitini qətlə yetirib. Elə həmin tarixdə həbs olunub. Budapeşt Şəhər Məhkəməsinin 13 aprel 2006-cı il tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum edilib.