Ramil Səfərovun Azərbaycana salamı var

Bütün Xəbərlər
11:52 08.12.2010
1756

 

İlham Rəhimovun yadda qalan görüşlərindən biri Macarıstanda həbsdə olan həmyerlimiz Ramil Səfərovla olub. Onun sözlərinə görə, Ramil Səfərov həbsxanada özünü çox ləyaqətli və təmkinli aparır: “Görüş zamanı imkanım oldu ki, həbsxana rəhbərliyi və Ramil Səfərovun dustaq yoldaşları ilə təmasda olum. Bu insanlar Ramilin nümunəvi davranışından, səmimiliyindən razılıqla danışırdılar. O, həbsxanada olduğu vaxtdan da səmərəli istifadə etməyə çalışıb. Macar dilində sərbəst danışa bilir, hazırda ingilis dilini öyrənir, mütəmadi olaraq idmanla məşğul olur. Ramil Azərbaycanda gedən proseslərdən də xəbər tutur, xüsusilə Qarabağla bağlı prosesləri yaxından izləyir. Mən onun çoxlu kitablar mütaliə etdiyinin də şahidi oldum. Mən Ramillə görüşdən böyük məmnunluq duydum. Ramilin ötən 7 ildə sınmamağı, nikbinliyi və məğrurluğu onun ruhən çox güclü olduğunun göstəricisi idi. O deyirdi ki, Azərbaycan xalqı sağ olsun, çətin anlarında onu tək buraxmayıb və bu gün onun yalnız mənəvi dəstəyə ehtiyacı var. Ramillə görüşdə Azərbaycana salamını çatdırmağımı xahiş etdi”.

İlham Rəhimov Budapeştdə rəsmi şəxslərlə görüşündə Ramil Səfərovun Azərbaycana ekstradisiyası barədə də müzakirələr aparıb.

OXŞAR XƏBƏRLƏR