Ramil Səfərovun macar dilindən tərcümə etdiyi roman çapdan çıxıb

MARAQLI
08:40 08.02.2011
1906

 

Erməni hərbçisinin qətlində təqsirləndirilərək Macarıstanda ömürlük həbs cəzası almış Azərbaycan zabiti Ramil Səfərov tanınmış macar yazıçısı Maqda Sabonun “Qapı” romanını macarcadan Azərbaycan dilinə tərcümə edib. AzərTAc xəbər verir ki, R.Səfərov bu işini 2009-cu ilin oktyabrında dünyasını dəyişmiş anası Nübar xanımın xatirəsinə ithaf edib. Əsərin əsas qəhrəmanları qadınlardır. Psixoloji melodram kimi qələmə alınmış romanda yazıçı tipik macar qadınının obrazını yaradıb. Əsərdə başı çox bəlalar çəkmiş, öz həyatı ilə risk edərək həmişə insanlara kömək etmiş saf, mərd bir qadın olan Emerencin İkinci Dünya müharibəsindən əvvəlki və sonrakı həyatı, onun şərəfli ölümü təsvir olunub.

R.Səfərov kitaba yazdığı ön sözdə macar və Azərbaycan xalqının həyat tərzində, mədəniyyətində, tarixində çox oxşarlıq olduğunu qeyd edib. Tərcüməçi yazır ki, Azərbaycanda macar xalqına münasibətin 2004-cü ildə erməni ordusunun zabiti ilə onun arasında baş vermiş hadisəyə və ona oxunan hökmə görə formalaşması onu ciddi narahat edir: “Məhkəmənin hökmü kifayət qədər əsassız və ədalətsiz olsa da, bu, mənim macar xalqına hörmətimi qətiyyən dəyişməyib. Ümidvaram ki, mənim tərcümə etdiyim bu əsər xalqlarımızın bir-birini daha yaxından tanıması, dostluq əlaqələrimizin daha da genişləndirilməsi və möhkəmləndirilməsinə cüzi də olsa bir töhfə olacaq”.

Kitabın redaktoru, “AssA-İradə” xəbər agentliyinin və “AzerNews” qəzetinin rəhbəri, ərəb filologiyası üzrə fəlsəfə doktoru Fazil Güney (Abbasov) kitaba yazdığı ön sözdə bildirir ki, məhbəsdə olmasına baxmayaraq, ruhunun azadlığı və yenilməzliyi, intellektinin dərinliyi və əhatəliyi ilə macarların da böyük hörmətini qazanmış Ramil yaradıcı əməyi sayəsində ona qarşı söylənən qatil, başkəsən uydurmasını yerlə-yeksan edir.

Kitab “AssA-İradə” agentliyində yığılaraq redaktə edilmiş, nəşrə hazırlanmış və “Çıraq” nəşriyyatında çap olunub.

Maqda Sabo (05.10.1917-19.11.2007) Macarıstanın tanınmış qadın yazıçılarındandır. Yazıçının ilk kitabı - “Quzu” 1947-ci ildə, ikinci kitabı - “İnsana qayıdış” 1949-cu ildə nəşr olunub. Bu kitab “Baumgarten” mükafatına layiq görülüb, lakin dövrün siyasi səbəblərinə görə yazıçıdan geri alınıb. O, “Fresko” və “Abigel” kimi məşhur romanların da müəllifidir. Maqda Sabo həm Macarıstanda, həm də digər ölkələrdə çoxsaylı mükafatlara layiq görülüb və əsərləri 43 ölkədə nəşr olunmuşdur. 2003-cü ildə “Qapı” əsərinə görə yazıçıya Fransanın ədəbiyyat üzrə nüfuzlu mükafatı - “Prix Femina Etranger” verilib.

 

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

00:45 20.05.2022

Bu istiqamətlərdə rus ordusunun 40 hərbçisi məhv edildi

00:34 20.05.2022

Zelenski: "Ukrayna qalib gələcək, amma bu, on minlərlə insanın həyatı bahasına olacaq"

00:28 20.05.2022

Kulebadan SƏRT MESAJ: "Buna heç kimin siyasi hüququ yoxdur, Ukrayna öz qələbəsinin...

00:22 20.05.2022

“Azov” alayının komandir müavini: “Azovstal”da əməliyyat gedir” - VİDEO

00:14 20.05.2022

Çin liderindən Rusiyaya şok mesaj - “Buna görə hansısa ölkəni qurban vermək...”

00:07 20.05.2022

Bürclər bu günə nə deyir?

23:58 19.05.2022

Dünyanı qorxuya salan "meymun çiçəyi" virusu: Əlamətləri nədir?

23:56 19.05.2022

Rihanna ilk övladını dünyaya gətirdi - OĞLU OLDU

23:40 19.05.2022

ÜST Çinin COVID-19 peyvəndi “Convidecia”nın tətbiqini təsdiqlədi

23:26 19.05.2022

Bu ölkə Ukraynaya 25 min ton benzin tədarük edəcək

23:08 19.05.2022

NATO 42 minlik qüvvəni döyüş vəziyyətinə gətirdi - Yeni müharibə baş verəcək?

22:54 19.05.2022

Quterreş Ukraynada atəşkəs üçün hərəkətə keçməyə çağırdı

22:45 19.05.2022

Ərdoğan: "Nə Putin, nə də Zelenski ilə əlaqələri kəsə bilərəm"

22:40 19.05.2022

Mədəniyyət Nazirliyi Vaqif Əsədovun ölümü ilə bağlı nekroloq yaydı

22:33 19.05.2022

“Mercedes-Benz” 17 000-dən çox avtomobili geri çağırır - Səbəbi AÇIQLANDI

22:27 19.05.2022

Türkiyə İsveçin NATO-ya üzvlüyünü təsdiqləməsi üçün ən vacib şərtini açıqladı