Ramil Səfərova görə restoranda dava düşdü: Ermənilər qovuldu

Ramil Səfərova görə restoranda dava düşdü: Ermənilər qovuldu
Bütün Xəbərlər
18:03 03.09.2012
3866
Avqustun 31-də Macarıstandan Azərbaycana eksdradisiya olunan Azərbaycan ordusunun zabiti Ramil Səfərovun əfv olunması dünya səviyyəsində reaksiyalara səbəb olub. Gürcüstanda yaşayan soydaşlarımız həmin günü bayram ediblər. Tiflisin mərkəzində təşkil olunan aksiyaya minlərlə soydaşımız qatılıb. Lakin, gürcü polisi təhlükəsizlik tədbirlərinə görə, aksiyaya icazə verəyib. Bundan sonra soydaşlarımız xüsusilə, azərbaycanlıların sıx məskunlaşdığı “Şeytan bazarı” adlanana ərazidəki restoranlarda şadyanalıq ediblər. Bu zaman maraqlı biR hadisə baş verib. Tiflisin mərkəzindəki “Samikitno” restoranına daxil olan idmançı azərbaycanlı gənclər restoranda oxuyan müğənninin əlindəki mikrafonu alaraq rus dilində “burada erməni varsa, xoşluqla buranı tərk etsin” deyərək qonaqlara müraciət ediblər. Restoran hesablarının ödəniləcəyini deyən azərbaycanlı gənclər tələblərini bir neçə dəfə təkrar etdikdən sonra 4 erməni masadan qalxaraq restoranı tərk edib. Əllərində Azərbaycan bayrağı və Ramil Səfərovun şəkilləri olan gənclər uzun müddət restorana ermənilərin girişinə qadağa qoyublar. Musiqiçilər bir saat dayanmadan “Cənab Leytenant” hərbi marşını ifa ediblər. Bu hadisəyə şahidlik edən əməkdaşımızın sözlərinə görə, restorana gələn mülkü geyimli gürcü polisləri onlara xəbərdarlıq edərək şəhərdə hər hansı bir kütləvi aksiyanın keçirilməməsini tapşırıb. /// musavat.com
OXŞAR XƏBƏRLƏR