Ramil Səfərovdan xəbər var

Ramil Səfərovdan xəbər var
Bütün Xəbərlər
13:45 22.05.2013
5104

Macarıstanda erməni zabitini qətlə yetirməkdə ittiham olunaraq ömürlük azadlıqdan məhrum edilən və ötən ilin avqustunda azadlığa çıxan Ramil Səfərovun taleyi hər kəsi maraqlandırır desək, yanılmarıq.

AZXEBER.COM-un məlumatına görə, editor.az oxucuların marağını və Ramil Səfərovun hazırda nə işlə məşğul olduğunu öyrənmək üçün qəhrəman zabitin atası Sahib Səfərovla söhbətləşib.

Portalımıza açıqlamasında Sahib Səfərov bildirib ki, Ramil Səfərov öz iş-gücündədir: “Hər şey öz qaydasındadır. Ramil Müdafiə Nazirliyində çalışır. Bundan artıq nəsə deyə bilmərəm. Hesab edirəm ki, bu məsələ gündəmə gəlməsə daha yaxşıdır. Ramilsevərləri isə narahat olmamağa çağırıram. Ramildən heç bir narahatçılığınız olmasın, o qaydasındadır və onunla maraqlanan hər kəsə salamlarını çatdırır”.

OXŞAR XƏBƏRLƏR