Ramil Səfərovun toyu oldu - ALLAH XOŞBƏXT ELƏSİN

Ramil Səfərovun toyu oldu - ALLAH XOŞBƏXT ELƏSİN
Bütün Xəbərlər
23:19 09.10.2012
4451

Macarıstanda ömürlük həbs olunan, sonradan Azərbaycana ekstradisiya olunan və əfv olunaraq azadlığa çıxan Milli Ordunun zabiti Ramil Səfərov ailə həyatı qurub.

AZXEBER.COM-un məlumatına görə, "Meridian" restoranında təşkil olunmuş toy məclisində məhdud sayda qonaqlar iştirak edib. Sevib-seçdiyi Şəbnəm Gülməmmədova ilə ailə həyatı quran zabitimizin toy mərasiminin keçirildiyi məkanda səhər saatlarından təhlükəsizlik tədbirləri gücləndirilib. 

Mərasimi xalq artisti Arif Babayev açıb. Daha sonra tanınmış müğənnilərdən Vasif Məhərrəmli, Sevda Yəhyayeva, Manaf Ağayev,muğam ifaçısı İlkin Əhmədov və digər estrada ulduzları çıxış edib.
OXŞAR XƏBƏRLƏR