Faiq Osmanlı, yeni təyin olunduğu, Ağdaş Mühafizə Bölməsinin rəisi vəzifəsindən azad olunub.
Əldə etdiyimiz məlumatı dəqiqləşdirmək üçün Faiq Osmanlının özü ilə əlaqə saxladıq.O bildirib ki, bununla bağlı, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə müraciət edək.
DİN mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov, Aktual.az-a açıqlamasında, məlumatı təsdiqlədi.
Şöbə rəisi bildirib ki, Faiq Osmanlı, öz arzusu ilə, daxili işlər orqanlarından azad olunması barədə raport yazıb. Daxili İşlər Naziri Ramil Usubovun müvafiq əmri ilə, onun raportu nəzərə alınıb və Faiq Osmanlı Daxili İşlər orqanlarından xaric edilib.
Xatırladaq ki, bir müddət əvvəl, Faiq Osmanlı Göyçay Rayonlararası Mühafizə Bölməsinin rəisi vəzifəsindən azad olunaraq, Ağdaş Mühafizə Bölməsinə rəis təyin edilmişdi.
///Aktual.az