Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov bu gün Lənkəran Şəhər Polis Şöbəsinin yenicə istifadəyə verilmiş binasında Lənkəran, Masallı, Cəlilabad, Astara, Yardımlı və Lerik rayonları sakinlərinin qəbulunu keçirib.APA-nın Cənub bürosunun məlumatına görə, qəbul zamanı nazir vətəndaşları narahat edən məsələlərlə maraqlanıb.Bir neçə vətəndaşın şikayəti elə yerindəcə araşdırılaraq həllini tapıb.