Ramil Usubov rəisi vəzifədən azad etdi

Ramil Usubov rəisi vəzifədən azad etdi
Bütün Xəbərlər
10:34 17.11.2014
2412

Nazir müvafiq əmr imzalayıb.

Daxili işlər orqanlarında daha bir kadr dəyişikliyi olub.AZXEBER.COM xəbər verir ki, APA-nınməlumatına görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmrinə əsasən, nazirliyin Baş Narkotiklərlə Mübarizə İdarəsinin cənub regional şöbəsinin rəisi Qabil Tağıyev tutduğu vəzifədən azad edilib.Nazirin başqa bir əmri ilə Nizami Rayon Polis İdarəsinin rəis müavini İzzət Əsgərov tutduğu vəzifədən azad edilərək Baş Narkotiklərlə Mübarizə İdarəsinin cənub regional şöbəsinin rəisi vəzifəsinə təyinat alıb.

OXŞAR XƏBƏRLƏR