Ramil Usubov və Zakir Qaralov 2 aprel mitinqini müzakirə edib

Bütün Xəbərlər
14:46 22.04.2011
1582

 

Bu gün günün ikinci yarısında daxili işlər naziri Ramil Usubov və baş prokuror Zakir Qaralovun iştirakı ilə Bakı şəhər Baş Polis İdarəsində İctimai Palata adlandırılan qurumun aprelin 2-də keçirdiyi qanunsuz aksiya ilə bağlı başlanmış cinayət işi üzrə geniş istintaq-əməliyyat müşavirəsi keçirilib.

Məlumata görə, 2 saatdan artıq davam edən müşavirədə həmin aksiyanın təşkilatçıları və fəal iştirakçılarının cinayət məsuliyyətinə cəlb edilməsi məsələləri ilə bağlı geniş müzakirələr aparılıb.

OXŞAR XƏBƏRLƏR