AZXEBER.COM portalı xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən Trend-ə məlumat verilib. Məlumata görə, nazir, general-polkovnik Ramil Usubov tərəfindən cari ilin mart ayının 15-də Şirvan şəhərində, 26-da isə Quba rayonunda daxili işlər orqanları əməkdaşlarının fəaliyyəti ilə bağlı vətəndaşların qəbulu keçiriləcək.
Vətəndaşların qəbulu Şirvan regionu üzrə Şirvan şəhər polis şöbəsində, şimal regionu üzrə isə Quba rayon polis şöbəsində saat 11:00-da başlayacaq.
Nazirlikdən bildirilib ki, Şirvan regionu üzrə Şirvan, Sabirabad, Salyan, Neftçala, Hacıqabul, Biləsuvar, Saatlı, Cəbrayıl , şimal regionu üzrə isə Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı rayonlarının sakinləri qəbul olunacaqlar.