Ramin Deko: “Məni yerə yıxıb təpikləməyə başladılar".

Bütün Xəbərlər
19:22 04.04.2011
1907

 

O, “Qafqazinfo”ya açıqlamasında bildirib ki, bu gün saat 21 radələrində işdən çıxıb evə gedərkən hücuma məruz qalıb. Onun sözlərinə görə, Bakı Dövlət Universitetinin binası yanından Elmlər Akademiyası metrostansiyasına gedərkən arxadan iki nəfər qəflətən hücum edib: “Məni yerə yıxıb təpikləməyə başladılar. Əsasən qarın nahiyəmə vururdular və mənə bildirdilər ki, “sən deyəsən ağıllanmamasın”. Mənə çoxlu təpik vurdular. Hər vurduqca deyirdilər ki, “Bu İsa Qəmbərin payı”, “Bu Əli Kərimlinin payı”, “Bu Arif Hacılının payı” və sair müxalifətçi şəxslərin adlarını sayırdılar”. Ramin Deko bildirir ki, o həmin şəxslərin əlindən çıxaraq qaçıb: “Bu zaman onlar da əks istiqamətə qaçmağa bşladılar”. Jurnalist məsələ ilə bağlı hüquq mühafizə orqanlarına müracət etmək niyyətində olmadığını və bunun həmin qurumlara inamsızlığı iolə bağlı olduğunu vurğulayıb: “Yalnız jurnalist təşkilatlarına müraciət edəcəyəm”. 

Xatırladaq ki, Ramin Deko ötən gün naməlum şəxslər tərəfindən oğurlanaraq şəhərdən kənara aparılıb və ona hakimiyyət əleyhinə yazmamaq barədə xəbərdarlıq olunub.

 

OXŞAR XƏBƏRLƏR