Azərbaycan Avropa Hərəkatının rəhbərliyi ATƏT-in Bakı Ofisinin rəhbəri, səfir Koray Targayla görüşüb.
Hərəkatın mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, görüşdə Azərbaycan Avropa Hərəkatının prezidenti Ramin Hacılı, baş katibi Aygül Cəfərova, İdarə Heyətinin üzvüləri, Zərifə Quliyeva (o həm də “Birliyə Doğru” Əlil və Kimsəsiz Uşaqlara Yardım İctimai Birliyinin sədridir), Gülsel Səfərova (o həm də Azərbaycan Gənclərinin Avrointeqrasiya Təşkilatının sədridir), ictimaiyyətlə əlaqələr üzrə katib Pərviz Əzimov, beynəlxalq əlaqələr üzrə katib Nəzakət AğayevaDalğa Gənclər Hərəkatının sədri Saleh Mehdizadə iştirak edib.
Görüşdə Azərbaycan Avropa Hərəkatının ötən il ATƏT-in Bakı Ofisinin maliyyə dəstəyi ilə keçirilən “Gənclərin İctimai – Siyasi fəallığının artırılması üzrə regional təlimlər” layihəsinin nəticələri, gələcək əməkdaşlıqlar üçün prespektivlər, Bakıda keçirilməsi planlaşdırılan 9 may “Avropa günü” çərçivəsində əməkdaşlıqların edilməsi, Azərbaycan Avropa Hərəkatının fəaliyyətinə ATƏT-in Bakı Ofisinin verə biləcəyi dəstək və digər məsələlər müzakirə olunub.
Qeyd edək ki, görüşdə həmçinin ATƏT-in Bakı Ofisinin Demokratikləşmə şöbəsinin rəhbəri Nicholas Detsch, Demokarikləşmə şöbəsinin əməkdaşı Elgün Tağıyev də iştirak edib.