Ramin Həkimov: 'Tələbələrimizin döyülməsi onu göstərdi ki ...'

GƏNCLİK
01:10 28.02.2013
1552

Fransada iki tələbəmizin vəhşicəsinə döyülməsi xəbərini oxuyan kimi fransızlar və ermənilər haqqında düşündüklərim bir daha məni fikirlərimdə qəti olmağa səslədi.

Bu fikirləria ASAIF-in sədri Ramin Həkimov Parisdə Fransa Milli Assambleyasının binasında iki azərbaycanlı tələbənin vəhşicəsinə döyülməsinə münasibət bildirərkən deyib.O bildirib ki, həmyerlilərimiz Fransada həqiqəti söyləyərək cəsarətli addım atıblar: “Dövlətdə ən ali məsələlərin müzakirə olunduğu bir yerdə, xüsusilə tərtib olunmuş ermənilərin hakimlik etdiyi bir seminarda 2 həmyerlimizin bundan xəbər tutub getməsi və Azərbaycanın mövqeyini səsləndirməsi, bunlardan birinin xanım olması, bizim nə qədər mərd və cəsur xalq olduğumuzu sübut edir”.R.Həkimov deyib ki, 40 erməninin bu 2 azərbaycanlı üzərinə düşərək onlara yaraşan şəkildə davranmaları, təkləmək, sadəcə çoxluq zamanı tək azərbaycanlılara qarşı mübarizə apara bilmələri, vəhşilikləri və bütün bunların fransız millət vəkili tərəfindən təşviq olunması bir daha ermənilərin nə qədər qorxaq və bu insanların yaxın tarixdə etdiklərinin bağışlanmamasının gərəkliyini göstərir.“Valideynlərimiz, xüsusilə də daha yetkin insanlarımızın daim əsgərlik xatirələri ilə bağlı dedikləri bir şeylər var. Deyirdilər ki, ermənilər sovetlər zamanı 1 erməni 1 azərbaycanlı olduğu zaman, sağa-sola baxaraq qorxusundan üzünə baxıb yanından keçə bilməzdi. Beş erməni 1 azərbaycanlı olduğu zaman, yanından keçər, lakin yenə də qorxaraq bir şeylər edə bilməzdilər. Lakin 10 erməni 1 azərbaycanlı olduğu zaman onlar ancaq özlərində güc tapıb tək azərbaycanlı ilə güclərini sınaya bilirdilər”.Onun sözlərinə görə, dünənki hadisə də bunun necə düzgün olduğunu göstərdi.“Ona görə də, bu vəhşiliyin, erməni aqressivliyinin bütün dünyada, sosial şəbəkələr və xəbər agentliklərində, xüsusilə xaricdə təhsil alan tələbələrimiz tərəfindən yayılması məqsədə uyğundur. Mən gənc dostlarımızı, ASAİF üzvlərini bu yöndə aktiv olmağa səsləyirəm”.

OXŞAR XƏBƏRLƏR