Ramin Məmmədov ICAPP Gənclər Qolunun birinci vitse-prezidenti seçildi

GƏNCLİK
15:32 20.02.2014
1508

YAP Gənclər Birliyinin sədr müavini ICAPP Gənclər Qolunun birinci vitse-prezidenti seçilib.

AZXEBER.COM-unməlumatına görə, Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədr müavini Ramin Məmmədov Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı (ICAPP) Gənclər Qolunun Malayziyada keçirilən idarə heyətinin iclasında iştirak etmiş və keçirilən səsvermə nəticəsində qurumun birinci vitse-prezidenti seçilmişdir.

Malayziyaya səfər çərçivəsində Ramin Məmmədov, həmçinin, Malayziya hökumətinin naziri, ICAPP Gənclər Qolunun sədri Dato Şeridan Kassim ilə görüşmüşdür. Görüşdə tərəflər iki ölkə arasındakı münasibətlərin gələcək perspektivləri, bu istiqamətdə gənclərin rolu, Azərbaycanın regionda və dünyada artan nüfuzu və təsir imkanları və s. məsələlər haqqında geniş fikir mübadiləsi aparmışlar. Qeyd edək ki, YAP Gənclər Birliyi 2013-cü ilin avqust ayında ICAPP-ın Gənclər Qolunun II Forumuna ev sahibliyi etmişdir.

OXŞAR XƏBƏRLƏR