Ramin Məmmədov: 'Müxalif fikirli gənclərin bir ailənin faciəsini öz maraqları naminə istifadə etməsi mənəviyyatsızlıqdır' - MÜSAHİBƏ

Ramin Məmmədov:
Bütün Xəbərlər
16:00 18.01.2013
2142

Dünya Azərbaycanlı Gənclər Birliyinin sədri Ramin Məmmədovun AZXEBER.COM-a müsahibəsi:  - Ramin bəy, əsgər Ceyhun Qubadovun ölümündən sonra gənclər şəhərin mərkəzində aksiya keçirdi. Bəziləri bu aksiyada iştirak edən müxalifətçi gənclərin əsgər ölümü üzərindən siyasi divident qazanmaq istədiyini vurğuladı. Bu məsələylə bağlı sizin də fikirlərinizi bilmək maraqlı olardı.

- Təbii ki, hamıya məlum olan əsgər ölümü Azərbaycan ordusu və xalqı üçün xoşagəlməz hadisədir, mərhumun ailəsi üçün də böyük faciədir. Ancaq bilirik ki, Azərbaycan dövlətinin yüksək vəzifəli məmurlarının verdiyi açıqlamalara uyğun olaraq bu iş cinayət məcəlləsi ilə araşdırılır və yəqin ki, cinayət işinin yekununda bu işdə təqsiri olanlar layiqli cəzalarına çatacaqlar. Siyasi əqidəsindən asılı olmayaraq belə bir hadisədən öz şəxsi mənafeyi üçün istifadə etmək mənəviyyatsızlıqdır. Bu həm də Azərbaycan dövlətçiliyinə düşmən mövqe tutmaqdır. Müxalif fikirli gənclərin bir ailənin faciəsini öz maraqlarına uyğun istifadə etməsi mənəviyyatsızlıqdır və bu Azərbaycan cəmiyyətinə xas deyil. Təbii ki, hər hansı qüvvələr bunu dəstəkləyir və siyasi yöndə istifadə olunmasına şərait yaradır. Bunları nəzərə alaraq müxalif fikirli Azərbaycan gənclərinə üzümü tutub deyirəm, Azərbaycanda gedən proseslər müəyyən nöqsanlar olsa belə, ümumilikdə Azərbaycan dövlətçiliyinin möhkəmlənməsinə, Azərbaycan iqtisadiyyatının, cəmiyyətinin inkişafına yönəlib. Hamımız bir yerdə birləşərək vahid qüvvə kimi xarici qüvvələrə cavab verməliyik, hamımız Azərbaycan dövləti ətrafında birləşməliyik. - Bu aksiyadan sonra cəzalananan gənclərlə bağlı “5 qəpik” aksiyasına başlanıldı. Bu aksiyayla bağlı nə düşünürsüz?

- Bu aksiya da bayaq qeyd etdiyim kimi, faciədən öz maraqları üçün istifadə etmək xarakteri daşıyır. Bu aksiyanı keçirən, hər hansı bir hadisəni müdafiə edən insanlar hər şeydən əvvəl anlamalıdırlar ki, şənbə günü – istirahət günündə insanların kütləvi istirahət məkanı olan “Fəvvarələr meydanı”nda toplaşmaqla onların dincəlmək hüququnu əllərindən alırlar. Təbii ki, bu qanunsuz aksiya keçirildiyi halda asayiş keşikçisi olan polislər öz funksiyalarını yerinə yetirmək üçün müəyyən addımlar atmalı idi. Həmin gənclərin bu addımları ucuz və mənəviyyatsız şəkildə istifadə etmələri, bunu mediada işıqlandırmaları, bunun ətrafında bir neçə müxalif gənci toplayaraq kütləvi hal almaq kimi göstərmək cəhdləri, təbii ki, Azərbaycan cəmiyyəti tərəfindən ancaq qınanılır. Bu il Azərbaycanda siyasi nöqteyi-nəzərdən önəmli hadisələr olacaq, prezident seçkiləri keçiriləcək. Onlar isə artıq indidən çirkin yollara əl atırlar. Əvvəlcədən hazırlanmış, cəmiyyətdə hansısa narazılıqların yaranmasına yönəlik atılan bu addımların cavabı isə Azərbaycan gəncləri tərəfindən verilməlidir. Azərbaycanda olan çox sayda gənclər təşkilatları Azərbaycan dövlətçiliyi ətrafında birləşməlidirlər. Bizə gəldikdə isə, Dünya Azərbaycanlı Gənclər Birliyi olaraq ilk növbədə güclü, vahid, müstəqil Azərbaycanı dəstəkləməklə, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaqla məşğuluq. Azərbaycan dövlətinin simvollarından biri olan Azərbaycan prezidenti cənab İlham Əliyevin siyasi fəaliyyətini tam dəstəkləyərək xaricdən yönələn qüvvələr və Azərbaycan dövlətçiliyinə zidd olan gənclərlə sözün əsl mənasında mübazirə aparmağa tam hazırıq. - Ancaq gəlin etiraf edək ki, bu məsələlərdə sizin susqunluğunuz hiss olunurdu. Belə məsələlərdə susqunluq nəynən bağlıdı? - Bu məsələ ilə bağlı mən özüm də müəyyən bəyanatlar vermişəm. Sadəcə olaraq, çox kiçik bir kütlənin əsgər ölümündən öz maraqları üçün istifadə etməsinin əhəmiyyətini qaldırmamaq üçün, bu aksiyaya böyük önəm verməmək üçün müəyyən mənada susqunluğu qoruyuruq. Ümumilikdə isə, Dünya Azərbaycanlı Gənclər Birliyi olaraq hər zaman istənilən instansiyaya fikirlərimizi açıq bildirmişik. Bundan sonra da belə aksiyalar baş verərsə, buna qarşı olduğumuzu bir daha bəyan edəcəyik. - Qarşıdan prezident seçkiləri gəlir, bununla bağlı Dünya Azərbaycanlılar Gənclər Birliyinin ( DAGB) mövqeyini bilmək maraqlı olardı... - Dünya Azərbaycanlı Gənclər Birliyi ictimai birlikdir və prezident seçkilərində hər hansı formada iştirak etmək fikrində deyilik. Ancaq Azərbaycan xalqının böyük dəstəyinə sahib olan Azərbaycan prezidenti cənab İlham Əliyevin fəaliyyətini bəyənirik, dəstəkləyirik və əgər yekunda cənab prezident öz namizədliyini rəsmi şəkildə açıqlayarsa, Dünya Azərbaycanlı Gənclər Birliyi olaraq bu açıqlamadan ancaq məmnun olarıq. Və belə bir doğru seçimin baş verməsi üçün əlimizdən gələni edərik.Ceyhun

OXŞAR XƏBƏRLƏR