Ramin Musayev: ''Hakim qərarları yalnış olub''

Ramin Musayev:
İDMAN
16:34 09.10.2012
1606

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev müsahibəsində son vaxtlar hakimlərin göstərdiyi yalnış vərəqələr, bunların İntizam Komitəsi tərəfindən ləğv edilməsi, eləcə də, klubların millinin toplanışı ilə əlaqədar çempionatda yaranmış növbəti fasiləyə olan narazılığına münasibət bildirib

-AFFA İntizam Komitəsi bu dəfə də “Qarabağ”ın futbolçusu Rauf Əliyevə göstərilən sarı vərəqəni ləğv etdi. Buna münasibətiniz?

-İntizam Komitəsi düzgün qərar qəbul edib. Bilirsiniz, gərək heç bir klub və ya futbolçu hakimin səhvinə görə, zərər çəkməsin. Futbolçuya yanlış vərəqə göstərəndə klub da itirir.

-Bu, artıq ikinci belə haldır ki, baş verir. Ötən həftə də Ruslan Abışova göstərilən vərəqə ləğv edilmişdi. Hakimlərə daha yaxın olan, onlara daim dəstək olan bir şəxs kimi, sizə elə gəlmir ki, artıq onlarla ciddi söhbət etmək lazımdır?

-Artıq söhbət olunub, şəxsən özüm danışmışam və başa salmışam ki, klublar hakim səhvlərinə görə əziyyət çəkməməlidir. Ümid edirəm ki, bu səhvlərdən nəticə çıxaracaqlar.

-Bəlkə, həqiqətən də hakim düzgün qərar verib?

-Xeyr, məncə hakim qərarları yalnış olub və İK haqlı olaraq, vərəqələri ləğv edib.

-Çempionatda yenidən uzunmüddətli fasilə yarandı ki, bu da klubların narazılığına səbəb olub. Konkret, “Qarabağ”ın baş məqşçisi Qurban Qurbanov bununla bağlı açıqlama verərək, “fasiləyə ehtiyac yox idi” ifadəsini işlədib. Buna münasibətiniz?

-Fasilə milliyə görə yaranıb. Bir ay bundan qabaq Berti Foqts açıqlama verərək PFL-i ittiham edib ki, biz təqvimi tərtib edə bilmirik, Avropadan xəbərsizik, təqvimdəki dəyişikliklər millinin əleyhinədir, filan. Amma buna baxmayaraq, biz yenə də millinin naminə bu addımı atırıq, fasilə veririk ki, Foqts millinin futbolçularını oyunlara daha yaxşı hazırlasın.

-Foqts sizi Avropada çempionat keçirmək sistemindən xəbərsiz olduğunuzu deyir. Siz də Avropada olduğu kimi, bu həftəyə tur təyin edə bilərdiniz, niyə etmədiniz? Bu adam sizi Avropa sistemini bilməməkdə ittiham edir, siz də Avropa sistemini tətbiq edin, niyə Foqtsa güzəşt edirsiniz?

-Düzdür, mən də Avropada olduğu kimi, bu həftənin oyunlarını təxirə salmazdım və Foqtsa deyərdim ki, zəhmət çək, get Avropada olduğu kimi, oyuna 3-4 gün qalmış millinin futbolçularını toplanışa cəlb et. Sadəcə, milliyə görə bu güzəştə gedirik. Yani biz, bu gün millinin marağını düşünürük. Çünki çempionat da milli komandaya görə keçirilir. Özü də maraqlı burasındadır ki, təqvim tərtib olunarkən, Foqtsun özü ilə məsləhətləşdirilir. Özü məsləhət verir, amma sonra çıxır narazılıq edir.

-Bu qədər güzəşt edirsiniz, amma hələ ki, xeyri yoxdur, milli hələ də bizləri sevindirə bilmir. Rusiya ilə oyunda nəyəsə ümid edirsiniz?

-İnşallah, bu dəfə hər şey yaxşı olar və milli Rusiyadan uğurlu nəticə ilə dönər.

//qol.az

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"İqlim dəyişmələri ilə mübarizə səylərində kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik"
16:13 06.10.2026
"İqlim dəyişmələri ilə mübarizə səylərində kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik"
Azercell-in baş icraçı direktoru Dima Əl-Yəhya ilə görüşüb
16:10 06.10.2026
Azercell-in baş icraçı direktoru Dima Əl-Yəhya ilə görüşüb
Prezident 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanladı
15:55 06.10.2026
Prezident 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanladı
“İlliyinə 2200 ödədiyim universitetin şəraiti...” - VİDEO
15:33 06.10.2026
“İlliyinə 2200 ödədiyim universitetin şəraiti...” - VİDEO
Sedasiya uşaqlar üçün təhlükəlidirmi? – Stomatoloq risklərdən danışdı
15:18 06.10.2026
Sedasiya uşaqlar üçün təhlükəlidirmi? – Stomatoloq risklərdən danışdı
Universitetlər şəhərdən köçürülsə, tıxaclar azalacaq? – VİDEOSORĞU
15:14 06.10.2026
Universitetlər şəhərdən köçürülsə, tıxaclar azalacaq? – VİDEOSORĞU
“Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir”
15:12 06.10.2026
“Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir”
Ermənistan-Türkiyə sərhədi açılır? – Politoloqdan AÇIQLAMA
15:08 06.10.2026
Ermənistan-Türkiyə sərhədi açılır? – Politoloqdan AÇIQLAMA
Birbank “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb
14:59 06.10.2026
Birbank “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb
Avropa Parlamentində Fransaya sərt ittiham: “Uşaqlar şikəst edilir”
14:57 06.10.2026
Avropa Parlamentində Fransaya sərt ittiham: “Uşaqlar şikəst edilir”
Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırdı
14:50 06.10.2026
Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırdı
Dünya ölkələrinin parlamentlərində baş verən davalar - SİYAHI
14:44 06.10.2026
Dünya ölkələrinin parlamentlərində baş verən davalar - SİYAHI
Yaş artdıqca evlənmək istəyi niyə azalır?
14:37 06.10.2026
Yaş artdıqca evlənmək istəyi niyə azalır?
Bu qidalar depressiya riskini artıra bilər – Alimlərdən xəbərdarlıq
14:34 06.10.2026
Bu qidalar depressiya riskini artıra bilər – Alimlərdən xəbərdarlıq
Havalar soyuyur, kombilər işə düşür – Ekspertdən xəbərdarlıq
14:34 06.10.2026
Havalar soyuyur, kombilər işə düşür – Ekspertdən xəbərdarlıq
Sosial şəbəkələr insanların özünəinamına necə təsir edir?
14:12 06.10.2026
Sosial şəbəkələr insanların özünəinamına necə təsir edir?