Ramiz Əzizbəylidən son xəbər

MƏDƏNİYYƏT
12:20 04.01.2019
4072
Xalq artisti Ramiz Əzizbəyli ev şəraitində müalicəsini davam etdirir.

AZXEBER.COM xəbər verir ki, bu barədə "Qafqazinfo”ya aktyorun qızı Cəlalə Əzizbəyli məlumat verib. O, açıqlamasında bildirib ki, sənətkarın digər ayağının damarlarında da tıxanma var:

"Yeni ildən etibarən xəstəxanada yox, evdədir. Şükür ki, vəziyyəti yaxşıdır. Bir ayağındakı barmaqlar amputasiya olunub. Digərinə keçmə ehtimalı var. Onsuz da digər ayağı müalicə olunmalıdır, çünki tıxanmalar var. İnşallah müalicə olunacaq. Həkim özü şəxsən nəzarət edir”

OXŞAR XƏBƏRLƏR